Skip to content
-
Biznes dünyasının yeniliklərindən xəbərdar olmaq üçün izləmədə qalın!
Marknotes.com

Marketing • Blog • Business • Trends •

Marknotes.com

Marketing • Blog • Business • Trends •

  • XƏBƏRLƏR
  • MARKETİNG
    • Digital
    • Ənənəvi
    • Strategiya
  • BİZNES
  • CASE STUDİES
    • Uğurlu nümunələr
    • Uğursuz nümunələr
  • ŞƏXSİ İNKİŞAF
    • Karyera
    • Tövsiyələr
  • XƏBƏRLƏR
  • MARKETİNG
    • Digital
    • Ənənəvi
    • Strategiya
  • BİZNES
  • CASE STUDİES
    • Uğurlu nümunələr
    • Uğursuz nümunələr
  • ŞƏXSİ İNKİŞAF
    • Karyera
    • Tövsiyələr
Close

Search

Marknotes.com

Marketing • Blog • Business • Trends •

Marknotes.com

Marketing • Blog • Business • Trends •

  • XƏBƏRLƏR
  • MARKETİNG
    • Digital
    • Ənənəvi
    • Strategiya
  • BİZNES
  • CASE STUDİES
    • Uğurlu nümunələr
    • Uğursuz nümunələr
  • ŞƏXSİ İNKİŞAF
    • Karyera
    • Tövsiyələr
  • XƏBƏRLƏR
  • MARKETİNG
    • Digital
    • Ənənəvi
    • Strategiya
  • BİZNES
  • CASE STUDİES
    • Uğurlu nümunələr
    • Uğursuz nümunələr
  • ŞƏXSİ İNKİŞAF
    • Karyera
    • Tövsiyələr
Close

Search

product-owner-kimdir
Biznes

Product Owner kimdir?

May 9, 2026 3 Min Read
0

Texnologiya və Agile dünyasında ən çox eşidilən rollardan biri də “Product Owner” (PO) roludur. Xüsusilə Scrum framework-ündə Product Owner məhsulun uğuruna birbaşa təsir edən əsas şəxslərdən biri hesab olunur. Bir çox insan PO rolunu Project Manager və ya Product Manager ilə qarışdırır. Amma əslində Product Owner daha çox məhsulun dəyərinə, istifadəçi ehtiyaclarına və prioritetlərə fokuslanan bir roldur.

Product Owner nə edir?

PMI (Project Management Institute) və Scrum.org mənbələrinə əsasən, Product Owner-in əsas məqsədi məhsulun yaratdığı dəyəri maksimuma çatdırmaqdır.

Yəni PO sadəcə task yazan biri deyil. O, məhsulun hansı istiqamətdə inkişaf edəcəyinə qərar verir, istifadəçi ehtiyaclarını anlayır və komandanın doğru işlər üzərində fokuslanmasını təmin edir.

Əsas məsuliyyətlərinə bunlar daxildir:

  • Məhsul vizyonunu müəyyən etmək;
  • Product backlog-u idarə etmək;
  • Task və feature-ları prioritetləşdirmək;
  • Stakeholder-lərlə kommunikasiya qurmaq;
  • Komandaya məhsul məqsədini aydın şəkildə çatdırmaq;
  • İstifadəçi və biznes ehtiyacları arasında balans yaratmaq;
  • Komandanın hazırladığı məhsulun real dəyər yaratmasını təmin etmək.

Scrum Guide-a görə Product Owner backlog-un idarə olunmasına cavabdeh olan yeganə şəxsdir və bu qərarlar son olaraq ona məxsusdur.

Product Backlog nədir?

Product backlog məhsulla bağlı bütün işlərin, ideyaların, feature-ların və inkişaf planlarının toplandığı prioritet siyahıdır.

PO bu siyahını daim yeniləyir və biznes üçün ən vacib işlərin əvvəlcə görülməsini təmin edir.

Məsələn:

  • Yeni feature əlavə etmək;
  • Mövcud problemi həll etmək;
  • User experience-i yaxşılaşdırmaq;
  • Performansı artırmaq;
  • Müştəri feedback-lərini backlog-a çevirmək.

Bütün bunların hansı ardıcıllıqla ediləcəyinə Product Owner qərar verir.

Product Owner komanda ilə necə işləyir?

Product Owner texniki komanda ilə biznes tərəfi arasında körpü rolunu oynayır.

Bir tərəfdən müştərilərin və stakeholder-lərin ehtiyaclarını anlayır, digər tərəfdən development komandası ilə işləyərək bu ehtiyacların düzgün şəkildə həyata keçirilməsini təmin edir.

PO hər sprint zamanı komanda ilə sıx əməkdaşlıq edir:

  • Sprint planning-də prioritetləri müəyyən edir;
  • Daily meeting-lərdə iştirak edə bilər;
  • Sprint review zamanı nəticələri dəyərləndirir;
  • Feedback toplayır və növbəti addımları müəyyənləşdirir.

PMI mənbəsinə görə Product Owner həm də stakeholder-lərlə komanda arasında effektiv kommunikasiya yaratmalıdır.

Product Owner hansı bacarıqlara sahib olmalıdır?

Yaxşı Product Owner olmaq üçün yalnız texniki bilik kifayət etmir. Bu rol həm strateji düşüncə, həm kommunikasiya, həm də analitik yanaşma tələb edir.

Ən vacib bacarıqlar:

Kommunikasiya

PO fərqli komandalarla işlədiyi üçün fikirlərini aydın çatdırmağı bacarmalıdır.

Prioritetləşdirmə

Hansı işin daha çox biznes dəyəri yaratdığını düzgün müəyyən etmək çox vacibdir.

Analitik düşüncə

İstifadəçi davranışlarını və məhsul performansını analiz etməyi bacarmalıdır.

Stakeholder management

Fərqli tərəflərin gözləntilərini balanslamaq Product Owner-in əsas işlərindən biridir.

Məhsul düşüncəsi

Sadəcə feature yox, ümumi məhsul dəyəri və istifadəçi problemi üzərində fokuslanmalıdır.

Scrum.org-un qeyd etdiyi kimi, PO yalnız backlog idarə edən biri deyil, məhsulun uğuruna cavabdeh olan liderdir.

Product Owner və Product Manager fərqi

Bu iki rol çox qarışdırılır. Amma aralarında müəyyən fərqlər var.

RolFokus
Product ManagerUzunmüddətli məhsul strategiyası və bazar
Product OwnerDelivery prosesi və backlog idarəçiliyi

PMI-yə görə Product Manager daha strateji, Product Owner isə daha taktiki rola sahib olur.

Bəzi şirkətlərdə bu rollar ayrı olur, bəzi şirkətlərdə isə eyni şəxs hər iki rolu yerinə yetirə bilər.

Niyə Product Owner rolu vacibdir?

Agile komandalarında hər kəs çox sürətli işləyir. Əgər prioritetlər düzgün müəyyən edilməzsə:

  • komanda yanlış feature-lar üzərində işləyə bilər,
  • resurslar boşa gedə bilər,
  • məhsul istifadəçi ehtiyaclarını qarşılamaya bilər.

Məhz buna görə Product Owner komandanın “nəyə görə bunu edirik?” sualına cavab verən əsas şəxsdir.

PO məhsulun yalnız hazırlanmasına yox, düzgün məhsulun hazırlanmasına fokuslanır.

Texnologiya və rəqəmsal məhsulların sürətlə inkişaf etdiyi dövrdə Product Owner rolu getdikcə daha da vacib hala gəlir.

Əgər həm biznes düşüncəsi, həm istifadəçi fokuslu yanaşma, həm də komanda ilə işləmə bacarığınız varsa, Product Owner karyerası sizin üçün maraqlı istiqamət ola bilər.

Mənbələr:

  • PMI – Product Owner
  • Scrum.org – What is a Product Owner?

Author

Lala

Follow Me
Other Articles
Starbucks və ChatGPT
Previous

Starbucks və ChatGPT : Kofe təcrübəsində yeni mərhələ

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Categories

  • Biznes (6)
  • Digital (2)
  • Ənənəvi (3)
  • Karyera (1)
  • Marketing (1)
  • Strategiya (3)
  • Tövsiyələr (1)
  • Uğurlu nümunələr (1)
  • Uğursuz nümunələr (1)
  • Xəbərlər (1)

Copyright 2026 — Marknotes.com. All rights reserved.