Skip to content
-
Biznes dünyasının yeniliklərindən xəbərdar olmaq üçün izləmədə qalın!
Marknotes.com

Marketing • Blog • Business • Trends •

Marknotes.com

Marketing • Blog • Business • Trends •

  • MARKETİNG
    • Digital
    • Ənənəvi
    • Strategiya
  • BİZNES
  • CASE STUDİES
    • Uğurlu nümunələr
    • Uğursuz nümunələr
  • ŞƏXSİ İNKİŞAF
    • Karyera
  • TÖVSİYƏLƏR
  • MARKETİNG
    • Digital
    • Ənənəvi
    • Strategiya
  • BİZNES
  • CASE STUDİES
    • Uğurlu nümunələr
    • Uğursuz nümunələr
  • ŞƏXSİ İNKİŞAF
    • Karyera
  • TÖVSİYƏLƏR
Close

Search

Marknotes.com

Marketing • Blog • Business • Trends •

Marknotes.com

Marketing • Blog • Business • Trends •

  • MARKETİNG
    • Digital
    • Ənənəvi
    • Strategiya
  • BİZNES
  • CASE STUDİES
    • Uğurlu nümunələr
    • Uğursuz nümunələr
  • ŞƏXSİ İNKİŞAF
    • Karyera
  • TÖVSİYƏLƏR
  • MARKETİNG
    • Digital
    • Ənənəvi
    • Strategiya
  • BİZNES
  • CASE STUDİES
    • Uğurlu nümunələr
    • Uğursuz nümunələr
  • ŞƏXSİ İNKİŞAF
    • Karyera
  • TÖVSİYƏLƏR
Close

Search

Product market fit
Biznes

Uğurlu nümunələrlə 3 addımda Product–Market Fit

January 30, 2026 2 Min Read
0

Product Market Fit məhsulun bazara uyğunlaşması deyil, bazarın məhsulu istəməyə başlamasıdır.

Bu mərhələdə marketinq məhsulu itələmir, istifadəçi özü tapır, özü məhsulu tövsiyə edir.
Amma Product Market Fit hisslə yox, real davranış siqnalları ilə başa düşülür.
Gəlin bunu 3 addımda, real uğurlu nümunələrlə açaq.


İnsanlar məhsulu özləri tapırmı?

Product market fit-in ilk əlaməti budur: insanlar səni axtarır.
Sən onlara reklamla getmirsən, onlar sənə gəlir.

Bu mərhələdə:

  • referral artır;
  • organic trafik böyüyür;
  • “filankəs məsləhət gördü” cümləsi çoxalır.

Bu o deməkdir ki, məhsul real problemə toxunub.

Nümunə: Notion

Notion ilk illərdə böyük kampaniyalar etmədi.
Məhsul:

  • komandalarda paylaşılırdı;
  • template-lər bir-birinə ötürülürdü;
  • YouTube və Reddit-də istifadəçilər könüllü izah edirdi.

Burada marketinq yox, məhsulun özü danışırdı.

📌 Dərs: Product market fiti olan məhsul öz marketinqini özü edir.


İnsanlar geri qayıdırmı? (Retention & habit)

Product market fit bir dəfə istifadə etmək deyil, istifadə etməyə ehtiyac duymaqdır.

Əgər istifadəçi:

  • hər gün geri qayıdırsa;
  • alternativi xatırlamırsa;
  • məhsulu “iş axınının bir hissəsi” kimi görürsə,

bu artıq güclü siqnaldır.

Nümunə: Spotify

Spotify sadəcə musiqi platforması deyil.
O, dinləmə davranışını öyrəndi, playlist-lərlə insanın yerinə düşündü.

Bir çox istifadəçi:

  • başqa platformaya keçə bilmir;
  • çünki playlist-ləri oradadır;
  • çünki tətbiq artıq vərdişdir.

📌 Dərs: Product Market Fit olan məhsul funksional yox, emosional bağ yaradır.


İnsanlar məhsulu itirsə, narahat olarmı? (Emotional fit)

Bu Product Market Fit-in ən güclü testidir.
Superhuman komandası bu sualı məşhurlaşdırdı:

“Bu məhsul sabah yox olsa, nə hiss edərdiniz?”

Əgər istifadəçi- məyus olur, alternativ axtarır, ‘bunu necə edəcəm?’ deyirsə deməli, fit var.

Nümunə: Airbnb

Airbnb bəzi şəhərlərdə müvəqqəti dayandırılanda, istifadəçilər sosial mediada yazırdı:

  • “niyə bizdə yoxdur?”
  • “haradan tapım?”
  • “alternativiniz varmı?”

Bu reaksiya göstərirdi ki, Airbnb artıq lazım olan bir şeydir.

📌 Dərs: Product market fit olan zaman məhsul “nice to have” yox, “must have” olur.


Product Market Fit tapıldıqdan sonra nə dəyişir?

Bu mərhələdə biznesdə qəribə bir rahatlıq yaranır:

  • marketinq daha ucuz olur;
  • satış daha asan olur;
  • feedback daha dəqiq gəlir;
  • artım daha təbii olur;
  • komanda nəyi böyütdüyünü anlayır.

Yekun olaraq Product–Market Fit, bir günün işi deyil. Bu, məhsulun bazarla davamlı bağ qurmasıdır.

Tags:

biznesmarketingməhsul
Author

Lala

Follow Me
Other Articles
Previous

AI ilə digital marketing necə dəyişir? Netflix, Coca-Cola və Amazon nümunələri

məhsul metrikləri
Next

Məhsul komandalarının diqqət etməli olduğu ən vacib məhsul metrikləri

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Categories

  • Biznes (5)
  • Digital (2)
  • Ənənəvi (2)
  • Karyera (1)
  • Marketing (1)
  • Strategiya (3)
  • Tövsiyələr (1)
  • Uğurlu nümunələr (1)
  • Uğursuz nümunələr (1)

Copyright 2026 — Marknotes.com. All rights reserved.